“İnformasiya savaşında yerli kolorit”

Artıq uzun illərdir nəşr olunan yazılarımın müəyyən bir hissəsi bilavasitə və ya bilvasitə müasir informasiya savaşının xüsusiyyətlərinin təhlili ilə əlaqəlidir. Əminəm ki, bizim məhz informasiya cəbhəsində birgə mübarizəmiz opponentlərimiz üzərində qələbəni təmin edə və ya əldə edilmiş mövqeləri gücləndirmək üçün ən azı əlverişli şərait yaradacaqdır. Bununla yanaşı, müasir dövrdə vacib olan beynəlxalq ictimai rəyin formalaşdırılması üçün informasiya savaşı yeganə hüquqi vasitə, beynəlxalq təşkilatlarda obyektiv qərarların qəbul edilməsi üçün "məcburedici" texnologiya, eyni zamanda qəbul edilən qərarların icrasının təmin edilməsi Belə ki, beynəlxalq təşkilatların "informasiya monopoliyası" onlara hər hansı bir beynəlxalq hadisəni sərbəst, istədiyi formada şərh etməyə imkan verir. Beynəlxalq təşkilatların müəyyən etdiyi prinsiplərə uyğun gəlməyən istənilən hadisənin təfsiri isə praktiki olaraq kəskin tənqidə məruz qalaraq aradan qaldırılır. Məhz onlar bu və ya digər ölkənin daxilində baş verən proseslərin siyasi rəngini müəyyən edirlər. Hazırda bu təşkilatlar "mütləq" beynəlxalq obyektivlik meyarlarının sistemini müəyyən etmək səlahiyyətini ələ alıblar. Ona görə də "ikili standartlar siyasətini" tətbiq edilməsi onlar üçün bu qədər asandır.
Diqqətinizə çatdırım ki, biz özümüzdən özümüzə qarşı istifadə olunması üçün də onlara müəyyən səlahiyyətlər vermişik. Faktiki olaraq, bir sıra beynəlxalq təşkilatlar əksər hallarda özlərini "sonuncu instansiya" hesab edirlər. Başqa sözlə, onlar qəbul etdiyi qərarların bütün üzvlər üçün məcburi xarakter daşıdığını düşünürlər. Bu səbəbdən cəmiyyətə hər hansı bir hesabat verməyə o qədər də ehtiyac duymurlar. Sadəcə "ali ağalarının" göstərişlərini yerinə Digər sadə üzvlər isə mövcud vəziyyətləri ilə barışmalıdırlar. Axı bu təşkilatların rəhbərlərinin "narazı baxışları" sanksiyaların, ikili standartlar siyasətinin tətbiqinə və dünyada mövcud olan hər bir ölkənin daxili siyasi hakimiyyətinin kəskin beynəlxalq tənqidinə səbəb ola bilər. Eyni zamanda, bu təşkilatların beynəlxalq informasiya bazarında müstəsna monopolist statusu onlara manevr etmə imkanları verməklə yanaşı, manipulyasiya və siyasi təzyiq üçün Bir cəhətə xüsusi diqqət yetirmənizi istərdim. Bu təşkilatların siyasi dəstəyi informasiyanın tonunu müəyyən edərək müxtəlif mənbələr vasitəsi ilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması və qəbul etdiyi qətnamələrlə həyata keçirilir. Başqa sözlə, bu gün beynəlxalq təşkilatlar yalnız öz qətnamələri deyil, həm də müxtəlif dünyəvi kanallar vasitəsi ilə özlərinin tirajladığı və yaydığı informasiya ilə "bazarlıq" edirlər.
Dünya praktikası sübut edir ki, beynəlxalq təşkilatların birbaşa təşəbbüsü ilə başladılan informasiya hücumu ilə mübarizə aparmaq çox, amma çox çətindir. Bu cür mübarizə tək qapı oynanılan futbola bənzəyir. Bu isə müasir informasiya savaşının siyasi xüsusiyyətlərindən İndi isə bu tip savaşların bəzi xüsusiyyətləri haqqında bir neçə söz. Əgər təxminən 5-10 il əvvəl əsas məqsəd dünya informasiya məkanını konkret faktlar, istinadlar, uydurma əfsanələr və süni hadisələrlə doldurmaq idisə, bu gün açıq informasiya mənbələrinin kəmiyyətcə çoxluğu şəraitində strateji məqsədin mahiyyəti bir qədər dəyişmişdir. Hazırda mövcud informasiya axınının effektiv və inandırıcı siyasi təfsirinin hazırlanması mühüm əhəmiyyətə malikdir. Beynəlxalq informasiya sahəsinin açıqlığı şəraitində informasiyanı sadəcə əldə etmək artıq kifayət deyil. Çünki, təzyiq göstərə bilmək üçün mütləq mövcud informasiyanı "düzgün" interpretasiya etməyi bacarmaq lazımdır. İndi informasiyaya sahib olan deyil, informasiyanı daha effektiv və inandırıcı istifadə edən qalib gəlir.
Əgər, belə ifadə etmək mümkündürsə, siyasi effektivliyin müasir sadə düsturu: siyasi mübarizədə mövcud informasiyanı daha effektiv və inandırıcı təfsir edə bilən qalib gəlir.
Başqa sözlə informasiya savaşı - siyasi interpretasiyaların mübarizəsidir.
Məhz informasiya savaşının müasir mərhələsində bizim KİV bu xüsusiyyəti ayrıca nəzərə almalıdır. Əks halda onlar siyasi hədəflərin reallaşdırılması üçün əsas intellektual vasitə olmaq əvəzinə sistemin "siyasi ballastına" çevriləcəkdir. Fikrimi davam etdirərək, çox qısa olaraq konkret bir hadisəni sizinlə bölüşmək istərdim. Məni informasiya savaşının xüsusiyyətlərinə həsr olunan verilişin çəkilişlərinə dəvət edəndə çox sevinmişdim. Yaranmış vəziyyəti son bir neçə il ərzində məni maraqlandıran mövzu ilə bağlı düşüncələrimi bölüşmək üçün imkan kimi qiymətləndirdim.
Montaj nəticəsində isə mövzu olaraq informasiya savaşının xüsusiyyətlərinə həsr olunan veriliş demək olar ki, faktların konstatasiyası adlandıra biləcəyimiz bir proqrama çevrildi. Əlbəttə texniki təminat artıq dünya standartları ilə müqayisədə müəyyən səviyyəyə çatmışdır, ancaq dolğun-analitik təhlilin daha yaxşısına ümid edə bilərdik. Eyni zamanda qeyd etmək lazımdır ki, belə analitik müzakirələrin aparıldığı verilişlərin aparıcısından da müəyyən lazimi bacarıqların olması tələb olunur.
Bu gün beynəlxalq auditoriyanı quru faktlarla "təəccübləndirmək" çox çətindir. Bizə beynəlxalq ictimai şüuru "silkələyə" biləcək sadə siyasi şərh və dəlillər gətirə bilən siyasi analitiklər lazımdır. Saxtakarlığın əsas siyasi alət olduğu bir şəraitdə siyasi rəqiblə mübarizədə sadəcə tənqid və faktların konstatasiyası ilə kifayətlənmək olmaz - bu praktiki olaraq mənasız işdir.
Asif Usubəliyev,
Siyasi elmlər üzrə fəlsəfə doktoru 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə