Yeni formatlar

Etiraf etmək lazımdır ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi çoxsaylı tədbirlərə biz artıq öyrəşmişik. Əslində bu olduqca təqdirəlayiq haldır, axı mədəniyyət və o cümlədən incəsənət müxtəlif səpgili tədbirlər hesabına "nəfəs alır" və yaşayır. Deyilənlər çərçivəsində respublikamızda ilk dəfə təşkil olunmuş Metodistlərin və mədəniyyət müəssisələri işçilərinin I Ümumrespublika seminarı xüsusi olaraq qeyd etmək istərdim. Vurğulamaq istərdim ki, xarici qonaqların iştirakı ilə keçirilmiş tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak etmişdir.
Məlumat üçün qeyd edim ki, metodistlər metodiki işlə məşğul olan, həmçinin bilavasitə bu fəaliyyətin planlaşdırılmasını təşkil edən mədəniyyət müəssisələrinin əməkdaşlarıdır. Metodistlərin peşəkarlığı müəssisələrin fəaliyyətini səmərəli edir və onların fəallıq dərəcəsini artırır.
Son illər biz mütəmadi olaraq mədəniyyət və turizm sahəsində həyata keçirilən islahatların şahidi oluruq. Bu islahatlar tamamilə məqbul sayılır və təbii zərurətdən irəli gəlir. Çünki islahat köhnə formalardan imtina etmək deyil, əksinə tükənməz fəallıq və səmərəliliyə səbəb olacaq yeni metodların axtarışı deməkdir. Mədəniyyət sahəsində ilk yerlərdən birini tutmayan mədəniyyət müəssisələri əməkdaşlarının tədbirində iştirakına görə bu sahənin rəhbərinə qiyabi də olsa təşəkkürümü qeyd etməyə bilmərəm. Bu hal rəhbərlik tərəfindən təşkilati işə cavabdeh əməkdaşlara olan diqqət və anlayışın göstəricisidir.
Sirr deyil ki, mədəniyyət işçiləri dövlət aparatı sistemində sosial cəhətdən ən az müdafiə olunan təbəqədir. Əslində bu hal hər zaman müşahidə olunurdu. Sadəcə, sərt bazar iqtisadiyyatı dövründə həmin xüsusiyyət daha da kəskin şəkildə nəzərə çarpır. Əlbəttə bütün dövrlərdə olduğu kimi dövlət qənaət üçün "ünvan" axtardığı zaman ilk növbədə mədəniyyət sahəsi yada düşür.
Mədəniyyət sahəsi asan qənaətlər ünvanıdır kimi fikirlər cəmiyyətin inkişafında durğunluq yarada bilər. Çünki mədəniyyət ictimai şüurun modernləşdirilməsində təbii mexanizmdir. İctimai şüur modernləşdirilmədən konkret cəmiyyətin bütöv inkişaf prosesini təsəvvür etmək mümkün deyil. Ən yaxşı halda yalnız "idxal olunmuş" modernləşməyə ümid edilə bilər. Bu isə hər zaman mənimsənilmir və əksər hallarda müvəqqəti xarakter daşıyır.
Tədbir zamanı müzakirə olunan məsələləri də qeyd etmək istərdim. Həmin məsələlərdən yalnız bir neçəsini sadalayacağam: işi qiymətləndirmə meyarları, müasir iş üsulları, mədəniyyət sahəsinin sosial imicinin qaldırılması, işin koordinasiyası, sahəyə istedadlı gənclərin cəlb olunması və s. Razılaşın ki, bu məsələlərin həlli mədəniyyətə tükənməz aktuallıq bəxş edə bilər. Bu cür məsələlərin gerçəkləşməsi vasitəsilə mədəniyyət yalnız əyləncə sahəsi olmaqdan çıxır və ölkənin, millətin inkişafının humanitar təminatçısı statusunu əldə edir.
Seminar iştirakçılarının gəldiyi nəticələr arasında demək olar ki, hamının razılaşdığı bir məsələni, yəni mədəniyyət müəssisələrinin gündəlik fəaliyyətinə innovativ metodların daxil edilməsi zərurətini vurğulamaq istərdim. Müasir gənci mədəniyyət müəssisələrinə köhnə üsullarla cəlb etmək mümkün deyil. Gəncləri dinamika, kreativlik və modernizm cəlb edir. Yalnız bu üsullar vasitəsilə kütləvi şəkildə gənc nəslin diqqətini mədəniyyət müəssisələrinə cəlb etmək olar. Əks təqdirdə, yəni sosial qeyri-populyarlıq şəraitində mədəniyyət müəssisələri rəqabətə davamlı olmayacaq. Onların yerini isə şou-biznesin "parlaq" nümayəndələri tutacaqdır. Bu zaman isə mütləq surətdə mədəniyyətin özü və ya minimum şəkildə onun orijinallığı və unikallığı itəcəkdir. Bir daha qeyd etmək istərdim ki, yeni formaların axtarışı köhnə üsullardan imtina deyil, daha çox aktuallığın saxlanması vasitəsidir.
Bununla bağlı olaraq nazir Əbülfəs Qarayevin tədbir zamanı səsləndirdiyi bir fikri misal gətirmək istərdim: "Hər bir əməkdaşın şəxsi inkişafı və öz işini təkmilləşdirmək üçün etdiyi cəhdlər ümumiyyətlə mədəniyyət sahəsinin təbii inkişaf mexanizminə çevriləcəkdir". Yəni bu o deməkdir ki, mədəniyyət sahəsinin inkişafa doğru gedən yolu sistemin hər bir əməkdaşının fərdi inkişafından keçir. Qismən idarəetmə sisteminin demokratikliyi əslində bu amil ilə təmin edilir. Digər bir məsələ, sistem əməkdaşları buna nə qədər hazırdırlar? Təşəbbüskarsızlıq XXI əsr üçün qəbuledilməzdir. Şəxsi inkişaf və peşəkarlıq üçün çalışmaq müasir əməkdaşın, o cümlədən mədəniyyət işçisinin ən əsas keyfiyyətlərindən biri olmalıdır.
Seminar zamanı daha sərt müzakirə olunan məsələ mədəniyyət və turizm infrastrukturunun potensialının məhsuldar inteqrasiyası problemidir. Turist sənayesinin özəl sektorunun və ənənəvi mədəniyyətin dövlət sektoru məhsuldar əməkdaşlıq formaları axtarıb tapmalıdır. Mədəniyyət işçilərinin şəxsi təşəbbüsləri sayəsində bu iki sahənin əməkdaşlığının yeni optimal formaları müəyyən oluna bilər.
Ölkənin sıravi vətəndaşı kimi məni bir fakt sevindirir ki, "mədəniyyət" fəal şəkildə özünün sosial-siyasi aktuallığını qoruyub saxlamaq üçün dayanmadan yeni formatlar axtarışındadır. Ölkənin və bütövlükdə millətin inkişaf prosesinin uğuru qismən məhz mədəniyyətimizin uğurundan asılıdır.
Asif Usubəliyev,
Siyasi elmlər üzrə fəlsəfə doktoru 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə