Gədəbəydə “Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr” adlı elmi konfrans keçirilib

Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən olan aşıq sənəti dünya mədəni irsinin mühüm və nadir incilərindəndir. Aşıq sənəti 2009-cu ildən YUNESKO-nun qeyri–maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu baxımdan aşıq sənətinin təbliği və tədqiqi aktual və müzakirəli mövzudur. Cari ilin 21 iyun tarixində Gədəbəydə Aşıq musiqisi məktəbinin ilk məzun günü tədbiri çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr” adlı elmi konfrans təşkil olunub.
Konfransda Aşıq musiqisi məktəbinin müəllim və şagird heyəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Hafiz Kərimov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev və Mərkəzin əməkdaşları Nurəddin Babazadə, Nadir Məmmədov iştirak ediblər.
Çıxış zamanı qeyd olundu ki, aşıq sənəti – Azərbaycanda xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi forması və təsir gücüdür. Məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür, kiçik bir tamaşadır. Burada musiqi improvizatoru, söz və şer sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən bir simada – aşığın simasında özünü göstərir. Aşıq sənəti Azərbaycanın Qazax, Kəlbəcər, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır. Bu gün aşıq sənətinin qorunması və gənc nəslə öyrədilməsi sahəsində ustad sənətkarların üzərinə böyük məsuliyyət düşür. Ustad-şagird ənənəsi tarixi mənzərəsini dəyişdiyindən çox sayda dastan və havacat yükünə malik olan gənc aşıqların yetişdirilməsi xeyli dərəcədə çətinləşsə də, bunun öhdəsindən gəlməliyik.
Tədbirin sonunda Aşıq musiqisi məktəbinin ilk məzunlarının çıxışlarından ibarət yekun konserti baş tutub.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə