Gədəbəydə “Milli mədəni brend – müasir tendensiyalar” adlı beynəlxalq konfrans keçirilib

Cari ilin 25 iyul tarixində Gədəbəydə, Gədəbəy rayon İcra Hakimiyyəti, TİKA, «Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilən “Milli Yaylaq Festivalı” çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə gənc mədəniyyət işçilərinin “I Beynəlxalq yay düşərgəsi” çərçivəsində “Milli mədəni brend – müasir tendensiyalar” adlı beynəlxalq konfrans təşkil olunub.
Konfrans Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin, Şəmkir Regional Mədəniyyət İdarəsinin nümayəndələrinin, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin, elmi katibi Cavid Əliyevin, Gəncə və Şəmkir rayonlarından olan gənc mədəniyyət işçilərinin iştirakı ilə baş tutub.
Tədbir Heydər Əliyevin abidəsi önünə əklil qoyma mərasimi ilə başlanıb. Konfransı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev açaraq qeyd etmişdir ki, mədəniyyət ölkənin siyasəti, təbliğatı və ideologiyasıdır. O, həmçinin qeyd etdi ki, ölkədə innovativ mədəni brendlər artdıqca ölkənin tanıması da genişlənəcəkdir. Ancaq milli dəyərlərimizi brendə çevirərək tariximizi və mədəniyyətimizi təbliğ etmiş olacağıq.
Akademik Muxtar İmanov öz çıxışında qeyd etdi ki, ancaq öz mədəniyyətimizi qoruyaraq bəşəri mədəniyyətlə birləşmək olar.
Türkiyə İnegöl Bələdiyyəsinin Xalq rəqsləri ansamblının müəllimi Fatih Oral “Türk milli mədəniyyətinin təbliğində gənclərin rolu”, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru, sənətşünaslıq namizədi Rauşan Maldibayeva “Mədəniyyətdə müasir tendensiyalar”, Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Natalya Kryukova “Mədəni xidmətlər” adlı məruzələrlə çıxış edərək, ənənələri qoruyaraq yeniliklərin gətirilməsi ilə müasir mədəniyyətin zənginləşdirilməsinin mümkünlüyünü qeyd ediblər.
Mərkəzin əməkdaşları Aygün Balabəyova “Brendləşən mədəniyyət nümunələri”, Leyla Qlıcova “Müasir geyimlərdə milli üslubun təcəssümü” adlı məruzələri ilə çıxış ediblər.
Məruzəçilər çıxışlarında xalqımızın milli irsinin azərbaycançılıq ideyasının daşıyıcıları olduğundan bəhs etdilər. Mədəniyyətimizi, dünyagörünüşümüzü, təfəkkür və düşüncəmizi, adət-ənənələrimizi özündə əks etdirən milli mədəni nümunələr zamanın sınağından keçəcək günümüzə qədər gəlib çatmışdır.
Konfransın sonunda Gədəbəy Aşıq Musiqisi Məktəbində əməkdar müəllim Yusif Vəliyevin Mərkəzin Metodiki şurasının qərarına əsasən çap olunmuş və musiqi məktəblərində tövsiyə olunmuş “Nağara və fortepiano üçün köçürəni” kitabının təqdimatı keçirilib.


 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə