Gədəbəydə gənc mədəniyyət işçilərinin “I Beynəlxalq yay düşərgəsi” təşkil olunub

Cari ilin 26 iyul tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə gənc mədəniyyət işçilərinin “I Beynəlxalq yay düşərgəsi” təşkil olunub.
Gədəbəy rayon İcra Hakimiyyəti, TİKA, «Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək “Milli Yaylaq Festivalı” çərçivəsində təşkil olunan düşərgə Şəmkir Regional Mədəniyyət İdarəsinin nümayəndələrinin, müxtəlif regionlardan olan gənc mədəniyyət işçilərinin, Türkiyə, Rusiya və Qazaxıstandan gələn qonaqların iştirakı ilə baş tutub.
Düşərgəni açıq elan edərək, Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında belə layihələrin gənc mədəniyyət işçiləri arasındasəmimi münasibətlərin, yoldaşlıq və dostluq hisslərinin formalaşmasında, sərbəst fikirlərin, yeni ideyaların ortaya çıxmasında və problemlərin birlikdə həll olunmasında yardımçı olduğunu vurğuladı.
Gədəbəy rayon Heydər Əliyev parkında keçirilən “I Beynəlxalq yay düşərgəsi” çərçivəsində «Küçə gitaraçıları və qraffiti festivalı» təşkil olunub. Parkın müztəlif güşələrində gitara ustalarının zövq oxşayan melodiya sədaları altında Mədinə Rəhimova və digər qraffiti ustaları öz istedadlı əsərlərini 500-ə yaxın yerli və xarici iştirakçılara nümayiş etdirdi.
Xarici qonaqlar, Türkiyə İnegöl Bələdiyyəsinin Xalq rəqsləri ansamblının müəllimi Fatih Oral, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru, sənətşünaslıq namizədi Rauşan Maldibayeva, Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Natalya Kryukova düşərgənin təşkilatçılığını yüksək qiymətləndirərək, rayonun gəncəri ilə bərabər əylədnilər.
Sonda Mərkəz tərəfindən rayon sakinlərin və qonaqların iştirakı ilə diskoteka keçirilib. Düşərgənin davamı “Milli Yaylaq Festivalı”nda nəzərdə tutulur.Düşərgənin ikinci hissəsində “Milli Yaylaq Festivalı” ərazisində rəssam İslam İsrafilov tərəfindən rəssamlıq sənəti üzrə ustad dərs keçirilib. Dərsdə Xalq rəssamı Arif Əziz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı Sevil Kərimova, rəssam Teyyub İsgəndərzadə iştirak ediblər. Uşaqlar və yeniyetmələr rəssamlıq sənətində öz güclərini sınayıblar.
Daha sonra açıq havada toplaşan iştirakçılar və Rusiya, Türkiyə Qazaxıstandan gələn qonaqlar mədəniyyət sahəsində olan nailiyyət və problemlərdən danışıb, mədəniyyət sahəsində çalışan gənc əməkdaşların öz peşələrində səmərəliliyin artırılmasına, uşaq yaradıcılığının zənginləşdirilməsinə, sahənin inkişafına təsir edəcək mədəni xidmətlərin təşkilinə, əməkdaşlıq və birgə layihələrin hayata keçirilməsinə dair müzakirələr aparıb. Yaradılmış fikir mübadiləsi mühiti regionun gənc mədəniyyət işçiləri tərəfindən olduqca böyük maraqla qarşılanıb, əcnəbi qonaqlara regiona məxsus multikultural adət-ənənələri əks etdirən mahnılar, rəqslər, milli oyunlar nümayiş etdirilib.
İştirakçılara və qonaqlara xoş təəssürat bağışlayan yay düşərgəsi axşama qədər davam edərək növbəti düşərgələrdə görüşmək ümidi ilə başa çatıb.
Xatırladaq ki, 2017-ci ildə Qusar rayonunda Mərkəz tərəfindən gənc mədəniyyət işçilərinin “I Beynəlxalq qış düşərgəsi” təşkil olunmuşdur. Düşərgədə Belarus Respublikası Milli Tarix muzeyinin direktoru Pavel Sapotko da iştirak etmişdir.
 
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə