Türkiyə ilə peşə təcrübə mübadiləsi

Cari ilin 2-5 dekabr tarixlərində Türkiyə Cümhuriyyəti Bursa şəhərinin Osmangazi Bələdiyyəsinin dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndələri əməkdaşlıq əlaqələrinin müzakirəsi məqsədilə Bursa şəhərində səfərdə olublar.
Səfər çərçivəsində Bursa Osmangazi Bələdiyyəsinin tabeçiliyində fəaliyyət göstərən müxtəlif profilli mədəniyyət müəssisələrinə baxış keçirilmişdir. Baxış Bələdiyyənin Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən biçmə tikmə, marketinq, dil, özünü düzgün ifadə etmə, rəsm, satış, ebru, çini və sair dərnəklərə keçirilmişdir.
Görüş zamanı mədəniyyət idarəsinin işçilərinə Mərkəzin direktoru Asif Usubəliyev tərəfindən Azərbaycanda reallaşan mədəniyyət siyasəti haqqında geniş məlumat verilmişdir. Daha sonra dərnəklərin cəmiyyətdə populyarlaşdırılması istiqamətində ölkələr tərəfindən işlər barəsində fikir mübadiləsi aparılmışdır. Bursa Osmangazi Bələdiyyəsinin Mədəniyyət İdarəsinin müdiri Kenan Kır öz çıxışında dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin qorunmasında mədəniyyət sahəsinin önəmini qeyd edərək, mövcud istiqamətdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi ilə işguzar əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirmişdir.
Önəmli görüşlərdən biri də Bursa Osmangazi Bələdiyyəsinin sədrinin birinci müavini Cem Kürşat Həsənoğlu ilə cari ilin 3 dekabr tarixində təşkil olunmuşdur. Görüş zamanı isə kütləvi tədbirlər ilə yanaşı akademik xarakter daşıyan birgə konfransların da təşkili barəsində fikir mübadiləsi aparılmışdır. Belə ki, “Bir millət iki dövlət” ifadəsini açıqlayan elmi konfranslar və simpoziumların təşkili nəzərdə tutulmuşdur. Tarix, mədəniyyət, fəlsəfə, ədəbiyyat, etnoqrafiya, memarlıq və digər kontekstləri əhatə edəcək müxtəlif elmi tədbirləri keçirməklə “Bir millət iki dövlət” ifadəsinin konseptual şəkildə açıqlanması nəzərdə tutulmuşdur.
Daha sonra Bursa Osmangazi Bələdiyyəsi tərəfindən ÖRDEKLİ Kültür Sanat Merkezine, Panorama 1326 Bursa Fetih Muzeyinə və şəhər kitabxanasına ziyarət təşkil olunmuşdur. Ziyarət zamanı həmin müəssisələrin fəaliyyəti barəsində geniş məlumat verilmişdir. Aparılmış danışıqlar zamanı əlavə olaraq Bursa şəhərində yerləşən mədəniyyət müəssisələrinin Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılmasına dair razılıq əldə edilmişdir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi ilə Bursa Osmanqazi Bələdiyyəsi arasında əməkdaşlıq çərçivəsində mədəniyyət işçiləri üçün qarşılıqlı təlimlərin təşkilinə dair razılıq əldə edilmişdir.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə