Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi aksiya uğurla başa çatıb

Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycanda “Dünya Turizm Günü” və “İrs Günləri” layihələrinin qeyd edilməsi çərçivəsində “açıq qapı” günləri elan olunub.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Qurban bayramı ərəfəsində “açıq qapı” günlərinin elan edilməsi ilə yerli vətəndaşlar və turistlərin bayram günlərində ölkənin muzey və qoruqları ilə yaxından tanış olmaları üçün şərait yaradılıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 25-dən 27-dək ölkənin ən mühüm muzey və qoruqları ödənişsiz xidmət göstərib. Buraya Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Qobustan” milli tarix-bədii qoruğu (Ümumdünya İrs Obyekti), Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (Ümumdünya İrs Obyekti), “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu, “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğu, Qəbələ Dövlət tarix-bədii qoruğu və Kiş tarix-memarlıq qoruğu daxil edilib.
Eyni zamanda, adıçəkilən muzey və qoruqlarda ziyarətçilərə “İrs Günləri” və “Dünya Turizm Günü”nün əhəmiyyətini təbliğ edən məlumat xarakterli broşurlar paylanılıb.
Layihənin həyata keçirildiyi günlərdə yuxarıda adları qeyd olunan mədəniyyət təsisatlarına 30 minədək ziyarətçi baş çəkib. 

Гимн Азербайджана
Азербайджан! Азербайджан!
О колыбель святая славных сынов!
Нет земли милей Отчизны,
Нет её родней
От истока нашей жизни
До скончанья дней!

Под знаменем свободы верши свой путь!
Тысячи нас, павших в бою,
Защищавших землю свою.
В час роковой встанем стеной,

В нерушимом ратном строю!
Пусть цветут сады твои!
Созидай, мечтай, твори!
Сердце, полное любви,

Посвятили мы тебе.
Славься, славься гордой судьбой,
Край наш древний, край наш святой.
Каждый сын твой движим мечтой
Видеть мирный свет над тобой.
О светлый край, заветный край,
Азербайджан! Азербайджан!

Музыка: Узеира Гаджибекова
Слова: Ахмеда Джавада
Мы в социальных сетях
Координационная Креативная Группа Молодых Сотрудников Сферы Культуры в соц. сетях
Nailiyyətlərimiz rəqəmlərdə