Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz növbəti metodiki vəsaitlərinin tərtib etməyə davam edir

 Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas fəaliyyət çərçivəsində növbəti mərhələdə səkkiz müxtəlif istiqamət üzrə (“Kitabxanalarda istifadəçilər üçün “Yay məktəbinin” təşkili”, “Muzeylərdə uşaq ekspozisiyalarının təşkili”, “Muzey fondlarında əlyazmaların mühafizə qaydaları”, “Muzey və muzey tipli müəssisələrdə bədii tərtibat işinin əsasları”, “Gənc və yeniyetmələr üçün Yeni il şənliyinin ssenarisi”, “8-13 yaşlı uşaqlar üçün Yeni il şənliyinin ssenarisi”, “Vokal ixtisasının tədrisinə dair metodiki tövsiyə”, “5-7 yaşlı uşaqlar üçün yeni il şənliyinin ssenarisi” ) metodiki vəsaitləri hazırlanmışdır.

Müəllif Elnarə Hacıyevanın “Kitabxanalarda istifadəçilər üçün “Yay məktəbinin” təşkili” adlı metodiki tövsiyəsində gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, mədəni və intellektual səviyyəsinin formalaşmasında, hərtərəfli inkişafında kitabxanaların rolu, xüsusilə də yay tətillərində kitabxanalarda bu məqsədə xidmət edən tədbirlərin, həmçinin oxucuların cəlb edilməsi və daha səmərəli vaxt keçirməsi üçün işin təşkili haqqında məlumat və məsləhətlər verilir.

Müəllif Aygün Balabəyovanın “Muzeylərdə uşaq ekspozisiyalarının təşkili” adlı metodiki tövsiyəsində uşaq ekspozisiyalarının xüsusiyyətləri, tematik ekspozisiya nümunələri haqqında məlumat verilmiş, uşaq ekspozisiyalarının qurulması üçün tətbiq olunan innovativ metodlar göstərilmiş, bu istiqamətdə lazımi tövsiyələr öz əksini tapmışdır.

Müəllif Sevinc Qasımova dörd adda metodiki tövsiyə hazırlamışdır. “Muzey fondlarında əlyazmaların mühafizə qaydaları”adlı metodiki tövsiyəsində əlyazmaların, tarixi-mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi üçün lazımı mühafizə rejimindən bəhs edilir. Muzeyin fond saxlanc yerlərində əşyaların qorunması işində işıq, bioloji, temperetur-rütübət rejimlərinə riayət etməsinin vacibliyindən danışılır.

Onun hazırladığı böyüyən gənc nəslin intelektual səviyyəsinin artması və asudə vaxtının maraqlı keçməsi üçün nəzərdə tutulan “Gənc və yeniyetmələr üçün Yeni il şənliyinin ssenarisi” adlı tövsiyə bölgələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri və onların filiallarında istifadə edilməsi məqsədilə tərtib olunub.

Müəllifin milli mənəvi dəyərlərə söykənən Azərbaycan xalq nağıllarının mənfi və müsbət qəhrəmanlarının və Yeni ilin ən əziz qonaqları olan Şaxta Baba və Qar Qızın iştirakı ilə keçirilən 8-13 yaşlı uşaqlar üçün nəzərdə tutulan yeni il şənliklərinin ssenarisindən bölgələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri və onların filiallarında istifadə oluna bilər.

Və nəhayət, S.Qasımovanın hazırladığı 5-7 yaşlı uşaqlar üçün yeni il şənliyinin ssenarisindən bu yaş qrupunda olan uşaqlar üçün təşkil olunan şənliklərdə istifadə edilə bilər.

Müəllif Məhbubə Əbilovanın “Muzey və muzey tipli müəssisələrdə bədii tərtibat işinin əsasları” adlı metodiki tövsiyəsində ekspozisiyada bədii-tərtibat zamanı görüləcək işlər muzey foyesinin tərtibatı, açıq səma altında ekspozisiyanın yaradılması, ekspozisiyanin bədii-tərtibatı, sitatlar, izahlı mətnlər, etiketlər, ekspozisiyanın işıqlandırılması, rəng çalarlarının düzgün seçimi, yeni texnologiyaların tətbiq olunması haqqında məlumatlar verilir.

Müəlliflər Leyla Rzayeva və İradə Xəlilovanın hazırladıqları vokal ixtisasının tədrisinə dair metodiki tövsiyədə vokal incəsənətini sevən şagirdlərin hazırlığı, onların ifaçılıq ustalığının kamilləşdirilməsi kimi məsələlər qarşıya qoyulmuşdur.

Hazırlanmış bütün vəsaitlərin rayon (şəhər) mədəniyyət və turizm idarələrinə göndərilməsi və yerlərdə təqdimatların aparılması nəzərdə tutulmuşdur.

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə