Bilik Fondu və MEMM arasında MEMORANDUM imzalandı

11 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında mövcud qanunvericiliyə və öz nizamnamələrinə uyğun olaraq Anlaşma Memorandumu imzalanmışdır.
Fondun icraçı direktoru Oktay Səmədov və Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək bildirdilər ki, Memorandumun məqsədi Bilik fondu və Elmi-Metodiki Mərkəz arasında işgüzar elmi-mədəni əlaqələrinin qurulması, respublikamızda fəaliyyət göstərən aidiyyatı sahələrin əməkdaşları üçün təlimlər, prioritet istiqamətlərdə müxtəlif maarifləndirici aksiya və seminarlar keçirməklə ölkə vətəndaşları üçün fayda verəcək bilik və bacarıqların artırılması, göstərilən sahəyə müvafiq yeni elmi-metodiki üsulların axtarışları, habelə daha kreativ biliklərin mənimsənilməsi və tətbiqinə nail olmaqdır.
Tərəflər müasir kadrların bilik və potensialından səmərəli istifadəsi sahəsində bərabərhüquqlu, qarşılıqlı və uzunmüddətli əməkdaşlıq edəcəklərini vurğulamışlar.
Qeyd edək ki, imzalanma mərasimində Memorandumun icrası üçün Tərəflərdən ibarət koordinasiya qrupu yaradılmışdır.
 
 
 
 
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə