Göyçayda İKT potensialının istifadəsi ilə bağlı səyyar seminar keçirilib

14 fevral 2017-ci il tarixində Göyçay rayonunda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İş planına uyğun olaraq mədəniyyət müəssisələrində İKT potensialının istifadəsi ilə bağlı növbəti səyyar seminar keçirilmişdir.
Seminar Ağdaş regional Mədəniyyət və turizm İdarəsinin rəisi Tahir Əliyevin təşkilati dəstəyi ilə Göyçay rayon Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Tədbirdə regional idarəsinin rəis müavini Sahib Şükürov, Həydər Əliev Məkəzinin direktoru Zemfira Əliyeva və Göyçay rayon mədəniyyət işçiləri iştirak etmişlər.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin sektor müdiri Toğrul Hidayətzadə Mədəniyyət müəssisələrində internetdən və İnternet Explorer proqramından istifadə qaydaları haqqında ümumi məlumat vermişdir. Bununla yanaşı, Təbliğat və statistik araşdırmalar şöbəsinin sektor müdiri İrina Özçoban çıxış edərək, mədəniyyət müəssisələrdə İKT-nin rolu, sosial şəbəkələrdəki rəsmi səhifələri, müsbət imicin formalaşdırılması üsulları və bu səpkidə digər məsələlərə toxundu.
Seminar zamanı iştirakçıların İKT və təbliğat sahəsində sualları cavablandırılmış və bu sahəyə aid bəzi tövsiyyələr verilmişdir. “Mədəniyyətin təbliğində Facebook sosial şəbəkəsinin rolu və təhlükəsiz istifadə qaydaları”, həmçinin “Mədəniyyət müəssisələrində İKT-nin tətbiqi üzrə ilkin biliklər” adlı metodiki vəsaitlərin təqdimatı da olmuşdur.

 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə