Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2017-ci ilin 16-18 fevral tarixində Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək.
Forum zamanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqların aparılması, 2017-ci ildə “İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli”nin qeyd edilməsi, eyni zamanda cari ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Forum çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlərin keçirilməsi, eləcə də nazirlər üçün təşkil ediləcək xüsusi dəyirmi masada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı nəzərdə tutulmuşdur. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə