Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, ilk ali təhsilli azərbaycanlı memar Zivərbəy Əhmədbəyovun doğum günüdür (1873-1925)

1873-cü ilin 16 fevralında Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, ilk ali təhsilli azərbaycanlı memar Zivərbəy Əhmədbəyovun doğum günüdür (1873-1925). O, 1902-ci ildə Peterburq mülki mühəndislər institutunu bitirib. 1918-1922-ci illərdə Bakının baş memarı olub. Bakıdakı Təzəpir məscidi, Əmircandakı Murtuza Muxtarov məscidi, Şamaxıda Cümə məscidi, Bakı və Şamaxıda məktəb, xəstəxana, bir sıra yaşayış evləri onun layihələri əsasında ucaldılıb. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə