Bölgələrdə uşaq musiqi və incəsənət məktəblərinə metodiki kömək genişlənir

13-15 fevral 2017-ci il tarixlərində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun olaraq müəssisənin əməkdaşları Lalə Musayeva və Təhminə Mahmudzadə uşaq musiqi və incəsənət məktəblərinə elmi-metodiki kömək göstərmək məqsədi ilə Ağdaş və Göyçay rayonlarına ezam olunmuşlar.
Bölgələrdə ardıcıl keçirilən tədbirlərdə həmin rayonların uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagird heyəti iştirak etmişdir.
Geniş fikir mübadiləsi ilə keçən metodiki kömək tədbirlərində qeyd olunan məktəblər arasında əlaqələrin inkişafı, tədrisin səviyyəsinin yüksəldilməsi məsələləri ilə bağlı ətraflı diskusiya aparılmışdır.
Metodiki kömək çərçivəsində məktəblərin rəhbərlərinə Elmi-metodiki mərkəz tərəfindən görülən işlər, keçirilən tədbirlərlə yanaşı, gələcəkdə görüləcək işlər barədə məlumat verilmiış, yeni tədris proqramları və metodiki vəsaitlər təqdim edilmişdir.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə