“Mədəniyyət naminə elm”- Ü.Hacıbəylinin ev-muzeyində növbəti elmi seminar

17 fevral 2017–ci il tarixində saat 11.00 da Üzəyir Hacıbəylinin ev-muzeyində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin növbəti elmi seminar keçiriləcək.
Mədəni təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin sektor müdiri Elnarə Hacıyeva “İslam və demokratiya” adlı məruzə ilə, metodisti Cəlal Həziyev "Milli adət-ənənələrimizdə İslam amili" adlı məruzə ilə və İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin sektor müdiri Toğrul Hidayətzadə “İslam Həmrəyliyi Oyunları: Multikultural dəyərlərin qorunmasında Azərbaycanın rolu” adlı məruzə ilə çıxış edəcəklər.
Maraqlananlar dəvətlidir. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə