Nazir Əbülfəs Qarayev III Ümumdünya Turizm Forumunun rəsmi açılış mərasimində iştirak edib

Fevralın 16-da İstanbulda III Ümumdünya Turizm Forumunun (World Tourism Forum) rəsmi açılışı olub.
Rəsmi şəxslərin və böyük turizm şirkətləri rəhbərlərinin də iştirak etdikləri açılış mərasimində Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil edib.
Rəsmi açılışda Türkiyənin Baş naziri Binəli Yıldırım çıxış edib.
Dünyada sülhün və sabitliyin bərqərar olunmasını beynəlxalq turizmin əsas inkişaf istiqaməti kimi dəyərləndirən Baş nazir vurğulayıb ki, turizm mədəniyyətlərin inteqrasiyasında, xalqlar arasında fərqli cəhətlərin yaxınlaşmasında mühüm əhəmiyyət daşıyır.
Təşkilat komitəsindən məlumat verilib ki, Forum çərçivəsində 20 ölkədən 150-dək beynəlxalq məruzəçi dinləniləcək. Bundan başqa, “Tourism 100” adlı təqdimatla dünyanın 100-dək nəhəng turizm şirkətinin adı açıqlanacaq.
Bununla yanaşı, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Forum çərçivəsində bir sıra rəsmi şəxslərlə fikir mübadiləsi aparıb. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə