Özbəkistan portalında Azərbaycanda Novruz bayramına həsr olunmuş material yerləşdirilib

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki tnews.uz portalı rus dilində “Azərbaycanda Novruz bayramı təntənəli şəkildə qeyd olunur, ölkəyə çoxlu turist gəlir” sərlövhəli material verib.
Materialda Azərbaycandakı Novruz ənənələri haqqında ətraflı məlumat verilir, bildirilir ki, bu bayram, sülh, əmin-amanlıq bayramıdır və bu günlərdə küsülülər barışır.
Vurğulanır ki, hər il İçərişəhərdə keçirilən böyük Novruz şənliyində teatrlaşdırılmış tamaşalar göstərilir, bu bayramın sevimli personajları olan Bahar qızı, Kosa, Keçəl insanları əyləndirir, onlara sevinc bəxş edirlər.
Məqalədə Novruz bayramına qədərki çərşənbələrdən söhbət açılır, onların mənaları haqqında danışılır. Qeyd olunur ki, bayram günlərində Azərbaycana çoxlu turist səfər edir. Bu günlər isə ən çox turist Müstəqil Dövlətlər Birliyi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri və İrandan gəlir. Ötən il İrandan Azərbaycana 100 min turist gəlib ki, bunun da 55 mini Novruz günlərinə təsadüf edib.
Materialda vurğulanır ki, 2017-ci ildə Azərbaycanda 9 gün qeyri- iş günü olacaq. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə