Lənkəranda “İKT potensialından mədəniyyət müəssisələrində istifadə yolları” adlı seminar-treninq keçirilib

20.04.2017-ci il tarixində Lənkəran şəhərində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İş planına uyğun olaraq “İKT potensialından mədəniyyət müəssisələrində istifadə yolları” mövzusunda seminar-treninq təşkil edilmişdir.
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinə tabe olan Lənkəran, Lerik və Astara rayon mədəniyyət müəssisələrinin gənc əməkdaşlarının iştirakı ilə keçirilən tədbir “Google Maps internet saytının imkanlarından istifadə qaydaları” və "Vikipediyadan istifadə qaydaları" adlı iki hissədən ibarət olmuşdur.
“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun potensialından istıfadə edərək, seminar-treninqin birinci hissəsini gənc trener, İT üzrə mütəxəssis Məmməd Əliyev keçirmişdır. O, “Google Maps” və digər məşhur onlayn xəritələrdən və axtarış sistemlərindən istifadə etməklə regionlarda lokal və xarici turistlər tərəfindən ölkəmizdə yerləşən müzeylərin, tarixi abidə və qoruqların, otellərin, restoranların və bu kimi digər müəssisələr haqqnda məlumatların asanlıqla tapılmasının təmin edilməsindən bəhs etmişdir.
İkinci hissəsində İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin sektor müdiri Toğrul Hidayətzadə çıxış edərək informasiya mənbələrinin çoxluğu, qaçılmaz qloballaşma prosesləri, yüksək texnologiyaların inkişafını, virtual məkanın təsiredici aktuallığını, habelə sosial şəbəkələrdə cərəyan edən ictimai proseslərə təsir etmək imkanlarını nəzərə alaraq, Vikipediya – açıq ensiklopediyada müasir informasiya texnologiyalarının və kreativ üsulların tətbiqi kimi məsələlərin olduqca aktual olduğunu qeyd etmişdir.
Seminar-treninqdə iştirak edən Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev tanınmış internet resursunda təxribat xarakterli və təhrif olunmuş məlumatların, o cümlədən, milli mədəniyyət nümunələrimizin mənimsənilmə cəhdlərinin aşkar olunması kimi məsələlərin uğurlu həll edilməsi üçün istifadə qaydalarının tanınmasının vacibliyinı vurğulamışlar.
Tədbirdə həmçinin Mərkəzin Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin müdiri Məzahir Qarayev, İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin müdiri Nurəddin Babazadə iştirak etmişlər.
Tədbirdə həmçinin mövzu ərtafında geniş müzakirələr aparılmışdır. Tədbir əsnasında iştirakçıların İKT sahəsində sualları cavablandırılmış və bu sahədə tövsiyyələr verilmişdir.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə