Bakıda autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olacaq

"Birgə və Sağlam" İctimayi Birliyinin və "Umid var" xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə aprelin 24-də saat 18:00-da "Boulevard Hotel"də autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi baş tutacaq.
Trend-in məlumatına görə, "Autizm - Fərqli və Bizdən Biri" adlanan moda nümayişində Azərbaycanda ikinci dəfə podiuma autizmli uşaqlar çıxacaq. Hər zaman böyük qayğıya ehtiyacı olan bu uşaqlar üçün tanınmış modelyer Gülnarə Xəlilova xüsusi kolleksiya hazırlayıb. G.Xəlilovanın yüksək zövq və sevgiylə, milli üslubda hazırladığı geyimləri podiumda 10 autizmli model təqdim edəcək.
Kolleksiyanı "Birgə və Sağlam" İctimayi Birliyinin reabilitasiya mərkəzinin uşaqları nümayiş etdirəcək. Uşaqları podiuma "Sevimli Bala" uşaq klubunun tərkibində fəaliyyət göstərən Kiddoz Model Agentliyi hazırlayıb.
Tədbir həm də maarifləndirici xarakter daşıyır. Məlumat üçün bildirək ki, aprel ayı Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2007-ci ildən etibarən Ümumdünya Autizm Maarifləndirilməsi ayı kimi qeyd edilir. Bu səbəbdən də tədbir boyu qonaqlarımızın "autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısa metrajlı filmlər göstəriləcək, autizmi anladan bukletlər paylanacaq.
Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası baxımından da tədbir mühüm əhəmiyyət kəsb edir. Çox maraqlı proqramla təqdim olunacaq moda nümayişinə əməkdar artist Tünzalə Ağayeva "O səs Azərbaycan" komandası ilə dəstək olacaq. Tünzalə xanım musiqisi ona, sözləri Murad Arifə məxsus autizmli uşaqlara həsr etdikləri "Fərqliyəm" mahnısını ifa edəcək. Tədbirdə bir sıra sənətçilər də iştirak edəcək.
Qeyd edək ki, moda nümayişindən əldə olunan vəsait "Birgə və Sağlam" İctimayi Birliyinin reabilitasiya mərkəzinin imkansız ailələrin autizmli uşaqlarının reabilitasiyasına sərf olunacaq. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə