Azərbaycan YUNESKO-nun Beynəlxalq Forumunda təmsil olunacaqdır

15 may 2019-cu il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev YUNESKO-nun mənzil qərargahı Parisdə təşkil olunacaq “Böyük Çol: onun mirası və dünya tarixində rolu” adlı Beynəlxalq Forumda iştirak edəcəkdir. YUNESKO-nun himayədarlığı ilə təşkil olunacaq forumda 20-dən artıq ölkədən alim və mütəxəssislər iştirak edəcəkdir. Forumda əsas məqsəd türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələri beynəlxalq səviyyədə elmi cəhətdən müzakirə etməkdir.
Həmcinin, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsini nəzərə alaraq, Forum çərçivəsində YUNESKO-da böyük mütəfəkkir İmaməddin Nəsiminin anadan olmasının 650, Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu bilik” əsərinin yazılmasının 950, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 ili beynəlxalq səviyyədə qeyd olunacaqdır.
Forumda “Mədəniyyətdən xaric gələcək ola bilərmi?” adlı məruzəsi ilə Asif Usubəliyev ölkəmizin multikulturalizm sahəsində beynəlxalq təşəbbüsləri, türk mədəniyyətinin dünya mədəni xəzinəsinə verdiyi töhfə və Nəsiminin insansevərlik motivlərinə toxunacaqdır.
Xatırladaq ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi 2016-cı ildən etibarən Beynəlxalq Türk Akademiyası (TWESCO) ilə əməkdaşlıq edərək, TWESCO-nun nəzdində yaradılmış türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edir.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə