Mədəniyyətlərarası dialoqun dəstəklənməsində mədəniyyət müəssisələrinin potensialı müzakirə olunmuşdur

 13 may 2019-cu il tarixində Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə regional görüş keçirilib. Görüşdə gənc mədəniyyət işçiləri bu günlərdə Bakıda keçirilmiş “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda gənclərə ünvanlanan çağırış və mesajlar barədə fikir mübadiləsi aparılıb. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin nümayəndələri də iştirak ediblər.
Tədbirin əsas məqsədi gənc mədəniyyət işçiləri arasında mədəniyyətlərarası dialoq strategiyasının yaradılması zəruriyyətinin, mövcud problemlərin və münaqişələrin hərb vasitəsi ilə yox, maliyyə, siyasi və mədəni vasitələrlə həll edilməsi barədə təsəvvürlərin formalaşdırılmasıdır.
Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında tolerant və multikultural ölkədə yaşamanın müsbət tərəflərindən, birgəyaşayış, bir-birinə hörmətlə yanaşma, müxtəlif mədəniyyətləri və dinləri qəbul etmənin vacibliyindən danışdı. Bununla yanaşı, mədəni dəyərlərin məhv edilməsi, oğurlanması və mənimsənilməsinin qarşısının alınması məsələsinə də xüsusi önəm vermişdir.
Elmi katib Cavid Əliyev “Azərbaycanın ədəbi irsində multikulturalizm izləri” adlı məruzəsində ədəbi irs nümunələrimizdə xalqımıza aid multikultural dəyərlərin əks etdirilməsindən danışdı.
Şöbə müdiri Nurəddin Babazadə bir daha vurğuladı ki, mədəniyyətlərarası problemlərin və münaqişələrin həlli ancaq qarşılıqlı anlaşma və dialoq vasitəsi ilə həyata keçirilməlidir.
Mərkəzin əməkdaşları Aygün Balabəyova məruzəsində əsası Bakı Prosesi ilə qoyulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tarixindən, ümumi missiyasından, Ceyhun Əhmədov isə Forumda gənclərə ünvanlanan mesajlardan və mədəniyyətlərarası dialoqun əhəmiyyətindən danışıb.
Görüş zamanı gənclər arasında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə