Xalça Muzeyində növbəti festival Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr ediləcək

İyunun 1-də Azərbaycan Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival keçiriləcək.
Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və 4KIDS ailə portalının təşkilatçılığı, Çernoqoriya, Türkiyə, İndoneziya, Ukrayna, Mərakeş, Hindistan, Çin səfirliklərinin dəstəyi, həmçinin “Söz” ədəbi layihəsi və Avropa Azərbaycan Məktəbinin iştirakı ilə keçiriləcək.
Festivalın proqramı Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları tərəfindən təşkil ediləcək uşaq konserti və xeyriyyə yarmarkasından ibarət olacaq. Tədbirdə adı keçən ölkələri təmsil edən diplomatların övladları mədəniyyət və ənənələrinin zənginliyi və müxtəlifliyini əks etdirən milli mahnı və rəqslərini nümayiş edəcəklər. Səfirlik əməkdaşları isə balaca Aygün Babaşovanın əməliyyatı (anadangəlmə ürək qüsuru) üçün pul toplamaq məqsədilə xeyriyyə satış sərgisi yarmarkası təşkil edəcəklər.
Azərbaycan Xalça Muzeyinin əməkdaşları kukla teatrının “Məlikməmmədin nağılı” tamaşasını təqdim edəcəklər və mini-xalça, “Tilda” kuklası və çorablardan kuklalar hazırlamaq üzrə üç ustad dərsləri təşkil olunacaq. Festivalda müxtəlif təşkilatlar tərəfindən tətbiqi sənət üzrə master-klasslar təqdim ediləcək. Azərbaycan Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində gənc istedadların konserti keçiriləcək.
Bununla yanaşı, festivalın gənc iştirakçılarını maraqlı və əyləncəli proqramlar, müsabiqələr gözləyir.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə