Bakıda ixtisaslaşmış təlimlər təşkil olunub

Cari ilin 20-31 may tarixlərində Bakı şəhərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə təşkil olunmuş “Uşaq Musiqi və İncəsənət Məktəblərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması” mövzusunda yeni tədris modulları əsasında növbəti ixtisasartırma kurslarının I hissəsi keçirilib. Kurslarda Bakı, Ağcabədi, Daşkəsən, Laçın, Qazax şəhər, Cəbrayıl və Füzuli rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və kökləyiciləriləri iştirak ediblər.
“Uşaq Musiqi və İncəsənət Məktəblərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması” mövzusunda keçirilmiş təlimdə dinləyicilər fortepiano və royalın tarixi və hissələri haqqında biliklər, fortepianonun və royalın mexanikası ilə tanışlıq, mexanikanın nizamlanması və təmiri metodu, çəkiclərin şlifovkası və təmiri ilə bağlı bacarıqlar, klavişlərin təmiri və nizamlanması, şikiflərin oyuq parçalarının dəyişdirilməsi haqqında bacarıqları, şulterlərin və kapsulların təmiri, osların, sinkopaların dəyişdirilməsi bacarıqları, fortepiano və royalda fiqurların təmiri metodları, demferlərin yayının dəyişdirilməsi və təmiri texnikası, simlərin ölçüləri, koloqların dəyişdirilməsi, simlərin bərpası və intirovkası ilə bağlı bacarıqları, alətin köklənməsi prosesi, sınmış klavişlərin təmiri bacarıqları, fleyk və şaybalarının dəyişdirilməsinin texniki baxımdan qavranılması, deka çatının təmir edilməsi texnikası, pedalların təmiri və nizamlanması bacarıqları əldə edilib. Kurs kuratoru Abbas Kərimovdur.
Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunur.
Təlimləri bitirən dinləyicilərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunub. Sertifikatların təqdimetmə mərasimində çıxış edən Mərkəzin direktor müavini Leyla Mehdiyeva müəssisənin gələcək planlarından məlumat verib və ölkə rəhbərliyinin respublikamızda bədii təhsilin inkişafına ayırdığı xüsusi diqqəti haqqında fikirləri ilə bölüşüb.
Qeyd edək ki, kursların II hissəsinin 10-21 iyun tarixləri arasında keçirilməsi nəzərdə tutulur.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə