Mərkəzi Zabitlər Evində “Güclü dövlətin güclü ordusu olmalıdır” adlı sərgi-müsabiqənin finalı keçirilib

24 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş “Güclü dövlətin güclü ordusu olmalıdır” adlı respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında plakat üslublu əsərlərdən ibarət sərgi-müsabiqənin final mərhələsi keçirildi.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriliş final mərhələsi H.Aslanov adına Mərkəzi Zabitlər Evində baş tutdu. Finalda ölkəmizin şəhər və rayonlarından 167 nəfər şagird 258 əsərlə təmsil olunurdu.
Sərginin final tədbirində Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi, Şəxsi Heyət Baş İdarəsinin rəis müavini, general-mayor Rasim Əliyev, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir, Xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev və mərkəzin əməkdaşları çıxış etdilər.
Çıxış edənlər qeyd etdilər ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd respublikanın uşaq incəsənət məktəbləri şagirdlərinin, həmçinin Müdafiə Nazirliyinin əməkdaşlarının uşaqlarının yaratdığı rəsm əsərlərində dövlətçiliyin mühüm atributu olan milli ordunun güc və qüdrətini təcəssüm etdirmək, öz doğma, müstəqil vətəninə məhəbbət aşılamaqdır. Çıxış edən gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, dəstəklənməsi, ölkəmizdə təsviri sənətin inkişaf etdirilməsi və təbliğ olunması da sərgi-müsabiqənin hədəfləri arasında yer aldığını vurğuladılar.
Daha sonra tədbir bədii hissə ilə davam etdi. Müdafiə Nazirliyinin Xalq çalğı alətləri kvarteti və Bakı şəhər M.Maqomayev adına 26 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri musiqi nömrələrindən ibarət konsert proqramı ilə çıxış etdilər. Sonda qaliblərin təltifetmə mərasimi keçirildi. Üç nominasiya üzrə birinciliyi Elşad Ağayev, Sehri Zeynalabdinova və Aylin Manafova qazandılar.
Qeyd edək ki, H.Aslanov adına Mərkəzi Zabitlər Evi və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında bu kimi tədbirlərin gələcəkdə də keçirilməsi ilə bağlı razılıq əldə olunub. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə