Növbəti kurslar mədəniyyət mərkəzlərinin filiallarının müdirlərinin bilik, bacarıq və kreativ peşə səriştələrinə xidmət edəcək

Ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biri mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsidir. Bu məqsədlə cari ilin 22-26 iyul Lənkəran şəhərində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Şəhər (rayon) Mədəniyyət mərkəzlərinin filiallarının (mədəniyyət evlərinin, klubların) müdirləri və bədii rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılmasının təşkili”, “Kreativ peşə səriştələri”, “Nitq mədəniyyətinin formalaşdırılması” və “Dövlət mədəniyyət müəssisələrinin fandreyzinq fəaliyyəti” mövzularında yeni tədris modulları əsasında növbəti təlimlərə start verilib. Lənkəran rayon Heydər Əliyev Mərkəzində və Mədəniyyət Mərkəzində baş tutacaq təlimlərə həmçinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mədəniyyət mərkəzlərinin filiallarının (mədəniyyət evlərinin, klubların) müdirləri, bədii rəhbərləri və əmakdaşları qatılacaqlar.
“Şəhər (rayon) Mədəniyyət mərkəzlərinin filiallarının (mədəniyyət evlərinin, klubların) müdirləri və bədii rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılmasının təşkili” mövzusunda keçiriləcək təlimdə dinləyicilər klub yaradılmalarının (dərnək, kurs, kollektiv, birlik və s.) təşkili qaydaları, klub işinin forma və metodları haqqında anlayış, mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda ödənişli xidmətlərin təşkili, ödənişli kurs, dərnək və s. yaradılması, Azərbaycan folklor nümunələrinin hüquqi qorunması, mədəniyyət mərkəzlərinin filiallarında (mədəniyyət evlərində, klublarda) çalışan müdirlərin və bədii rəhbərlərin fəaliyyət istiqamətləri, vəzifə öhdəlikləri, mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evlərinin və klubların əməkdaşlarının fəaliyyətində “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” və YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sesiyası milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək kimi bilikləri əldə ediblər. Kursları, kurator Elnarə Hacıyeva və Samirə Cəlilova təqdim ediblər.
“Dövlət mədəniyyət müəssisələrinin fandreyzinq fəaliyyəti” mövzusunda keçiriləcək təlimdə iştirakçılar fandreyzinqin tarixi haqqında məlumatlar, mədəniyyət müəssisələrində fandreyzinqin vacibliyi mövzusunda biliklər, mədəniyyət sahəsində fandreyzinqin mərhələləri ilə tanışlıq, fandreyzinq strategiyasının inkişafı ilə bağlı məlumatlar, mədəniyyət müəssisələrinin donorlarla qarşılıqlı əlaqəsinin ümumi mexanizmi, layihələrin tərtib edilməsi metodikasını və bununla bağlı digər mövzuları öyrəniblər. Kursu, kurator Aygün Hüseynova təqdim edib.
“Kreativ peşə səriştələri” kursunda dinləyicilər kreativlik; kreativ vərdişlər və yaradıcı təfəkkür; kreativ sənaye; kreativ və rəqəmsal mədəniyyət; lateral düşünmə tərzi, mədəniyyət müəssisələrində innovativ layihələrin reallaşdırılması sahəsində bilikləri mənimsənilib. Kurs kuratoru Pərvanə Hüseynovadır, kursu Türkan Həsənova təqdim edib.
Nəzakət Rəhmanovanın kurator olduğu “Nitq mədəniyyətinin formalaşdırılması” mövzusunu əhatə edən təlimdə dinləyicilər natiqlik sənəti, dil və onun xüsusiyyətləri, Azərbaycan dilinin tarixi, nitq təsnifatı və onların xüsusiyyətləri, mətnlərinin hazırlanma qaydaları, nitq mədəniyyəti vərdişlərinin formalaşdırılması kimi biliklərə yiyələnmişdir.
Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunacaq.
Təlimləri bitirən dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunacaq. Sertifikatlarda qiymətlərlə yanaşı, əldə olunacaq peşə səriştələri, sosial tərəfdaşlar və digər məlumatlar öz əksini tapmışdır. Qeyd edək ki, sosial tərəfdaşlar arasında “media.az” informasiya portalı, Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutu, Türkiyənin Yunus Əmrə İnstitutu, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Azərtac” Dövlət İnformasiya Agentliyi, AMEA-nın müxtəlif institutları və digər qurumlar var.
Qeyd edək ki, Mərkəz tərəfindən bu günə qədər Lənkəran, Şamaxı, Bakı və Gəncə şəhərlərində 4 təlim kursu uğurla həyata keçirilib.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə