Xalq teatr və dram dərnəklərinin rəhbərləri üçün ustad dərsləri təşkil olunub

2-4 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilmiş “Respublikada yerləşən xalq teatrları və dram dərnəklərində aktyorların səhnə yaradılıcığında mühüm sayılan yaddaş və diqqət məşğələlərinin təşkili” adlı ustad dərsləri uğurla başa çatıb.
Regionda fəaliyyət göstərən Mədəniyyət mərkəzlərinin bədii rəhbərləri, rejissorları, dram dərnəklərinin rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması, xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə keçirilmiş ustad dərslər Ağsfata, Qazax və Tuvuz rayonlarının Mədəniyyət mərkəzlərində (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərləri, rejissorları və aktyorları iştirak ediblər. Dərsləri Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Hikmət Nəbili təqdim edib.
Çıxış edənlər qeyd etdilər ki, yüksək texnologiyalar zamanında ənənəvi teatrı ancaq müasir üsulların, müasir yanaşmasının yaşadacaq. Sahə üzrə mövcud problemlərin həlli yollarının müzakirəsi, xalq teatrları və dram dərnəklərinin işində eksperiment yolu ilə yeni formatların axtarılıb tapılmasıdır. Xalq teatrları bölgələrdəki mədəni həyatı canlı saxlayır, məşhur aktyorların yetişməsi üçün vacib rol oynayır. Bu onun göstəricisidir ki, xalq teatrı gənclər üçün çox lazımlıdır. İstər gənc istedadların üzə çıxarılması, istər əhalinin mədəni istirahətinin təşkili, istərsə də maarifçilik işlərinin həyata keçirilməsində. Ona görə də xalq teatrlarının təbliğat maşını işləməli, yeni formatlı, eksperimental tamaşalar qurulmalı, gənc istedadlı və cəsarətli rejissorlardan istifadə edilməlidir.
Ustad dərslər çərçivəsində yeni formatda interaktiv tamaşa nümayiş olunub.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə