Mədəniyyətin səyyar təlimləri uğurla başa çatıb

Mədəniyyətin səyyar təlim briqadaları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən ölkəmizin mədəniyyət siyasətinin daha aktiv, mobil və əlverişli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub. Təlimlərin qısa müddətdə daha da səmərəli şəkildə keçirilməsinin təmin edilməsi üçün iki müəssisə oktyabr-dekabr aylarında məhs bu briqadalardan istifadə etmək qənaətinə gəlmişdir. Təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə birlikdə kreativ yanaşmalar tətbiq olunub.
Beləliklə, 4 dekabr 2019-cu il tarixlərində Tovuz rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyətin səyyar briqadaları tərəfindən növbəti qısamüddətli təlim keçirilib. Ağstafa Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Haciyevin, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanovanın iştirakı ilə keçirilmiş təlim regionun Mədəniyyət evlərində çalışan əməkdaşları üçün təşkil olunub.
Təlimçilər, “Mədəniyyət evlərinin sosial statusu: problemlər və müasir tendensiyalar”, əməkdaşları Elnarə Hacıyeva “Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: xüsusiyyətlər və problemlər”, Elnur Hacıbabayev “Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları”, Nadir Məmmədov “Klub işinin təşkili”, İrina Özçoban “Mədəniyyət müəssisələrinin fəaliyyətinin təbliği əsasları”, Bakı şəhər 8 Mart adına Mədəniyyət Evinin direktoru Rüfət Məmmədov “Mədəniyyət evlərinin fəaliyyətinin təşkili: müısir xüsusiyyətlər və tələblər”, Bakı şəhər H.Abbasov adına Mədəniyyət Mərkəzinin direktoru Tofiq Dadaşov “Mədəniyyət evlərinə gənclərin cəlb olunması formaları” mövzularda təlimlər təqdim ediblər.
Çıxış edənlər Mədəniyyət müəssisələrinin fəaliyyətində yeni forma və metodların istifadəsindən, ödənişli xidmətlərdən, kreativ və mədəniyyət sənayesi, marketinq və menecmentdən, onlayn təbliğat və PR-dan bəhs ediblər.
Daha sonra təlim dinləyiciləri və iştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tovuz rayon Mədəniyyət evlərinin gördüyu işlərdən və gələcək planlardan danışıblar.
Qeyd edək ki, bu günə qədər Lənkəran, Şamaxı, Bakı, Gəncə, Gədəbəy, Göyçaq rayonlarında müxtəlif təlimlər uğurla həyata keçirilib.

 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə